Приветствую Вас, Qonaq! Регистрация RSS

MEVHS PRODUCTİON

bazar gunu, 24.11.2024
Главная » 2008 » iyul » 6 » Beatmakers
17:24
Beatmakers

Qərbin Hip-Hop sənayesində beatmaker -lər çox vaxt diqqətdən kənar qalır, səhnədə isə MC və Rapper -lər onların yartadığı musiqiylə şöhrət qazanırlar. Buna baxmayaraq qərb beatmaker -lərinin musiqi satışından əldə etdiyi gəlir 100.000 - 1.000.000 arasında dəyişir. Bu sahədə ad qazanmışların sırasında Dr.Dre, Timbaland, Scott Storch, The Neptunes, Trackmasters, DJ Premier, Kanye West, Lil Jon, Swizz Beatz,Cool & Dre, Hi-Tek,Just Blaze,J.R.Rotten, və bəzilərinin adını çəkmək olar. Onların bir çoxu artıq 20 ildir ki Hip-Hop -un inkişafında önəmli rol oynayırlar.Xüsusən Dr.Dre 1984 cü ildən bu yana Hip-Hopun inkişafında böyük iz qoyub. Qərb həmkarlarından fərqli olaraq Azərbaycan beatmaker -ləri diqqət baxımından heç vaxt korluq çəkməmiş və müəyyən mənada Azəri rapper -lərindən çox diqqət mərkəzində olmuşlar. Lakin onların yaratdığı musiqinin satışından əldə etdiyi gəlirlə qərb həmkarlarının analoji gəlirləri arasında fərq müqayisəolunmaz dərəcədədir. Lakin, buna baxmayaraq bizimkilərin yaratdığı musiqi və production -lar müəyyən mənada qərb həmkarlarıın& işlərindən heç də geri qalmır. Buna görə də onların arasında bütün bu illər ərzində öz işləriylə fərqlənmiş beatmaker -lərlə tanış olmaq yerinə düşər.

SER-G aka JIZZA PRO /JizzaprO Production/ Hal-hazırda Londonda yaşayıb-yaratmağına baxmayaraq JizzaprO hələ də Azərbaycan beatmaker -ləri arasında 1 nömrəli beatmaker sayılır. Beatmaker fəaliyyətinə Anar Nağılbazın Azeri Image Service -ində başlayan JizzaprO -nun Elşad Xose N-Pans PAUK kimi Rap nəhənglərinin və saysız-hesabsız yerli Rapper -lərin uğurunda danılmaz payı vardır. Onun yazılışında iştrak etdiyi disk və albomlar ən azından tənqidçilər tərəfindən müsbət qarşılanmış və Hip-Hop tarixində özünün layiqli yerini tutmuşdur. "Canlı Yayım" (Elşad Xose), "M.Q.H" (Mone), "Gözümüz-Sözdür" (Dəyirman), "Mövzudan kənar" (Nadir və Jin), "Двигаем Реп" (N-Pans), "Так мы тусуем" (PAUK & JizzaprO) kimi albomların yazılışı ;nda JizzaprO əsas rollardan birini oynamışdır. Hal-hazırda JizzaprO Londonda yaşayır və özünün şəxsi JizzaprO Production leyblində fəaliyyət göstərir.

NADIR & JIN /Nəğd Pul Production/ Azəri Rap arenasında özünə məxsus üslubuyla seçilən bu beatmakerlər yaratdığı bəzi musiqi parçalarıyla qərb həmkarları The Neptunes -a bənzəyirlər. Lakin Azərbaycan Rap -nin özünə məxsus koloriti onların musiqisini The Neptunes -dən xeyli fərqli edir. Nadir və Jin -in birgə prödüssrlik etdikləri albomları olan "Mövzudan kənar" Rap dinləyiciləri tərəfindən çox yaxşı qarşılanmışdır. Onlar Dost, Nato, Hilal Demo. N-Zee, Aid kimi Rapper -lərin karyeralarında aparıcı rol oynamışlar. öz fəaliyyini öz leyblləri olan Nəğd Pul Prodution adı altında cəmləşdirən Nadir və Jin -inprodüsseriyi ilə Elşad Xose -nin 5-ci albomu olan "İxlas" məhz Nəğd Pul Production leyblində hazırlanıb işıq üzü görmüşdür. Hal-hazırda Nadir Mahaçqalada Jin isə Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Lakin buna baxmayaraq Nəğd Pul Production və eyni adlı Rap ailəsi tam qüvvəsi ilə yola davam edir.

RYDER OF Z.L FROM KLAN-A-PLAN Hip-Hop -un kommersiya sahəsində nömrə 1 olan Ryder Klan-A-Plan Rap ailəasində fəaliyyət göstərir. Onun podüsserlik məhsulu olan Klan-A-Plan -ın hələ ki ilk albomu olan "Plan No1" satışa çıxmamışdan öncə dinlənilən parçalarıyla böyük maraq doğurmuş və bud a albomun satışında öz təsdiqini tapmışdır. Yaratdığı musiqi parçaları daim Klub orientasiyasına malik olan Ryder əsasən reggaetone və dacehall janrlarında işləməinə baxmayaraq son zamanlar Trance Rap üslubuna keçmiş və Timbaland üslublu musiqi yazmaqla məşğuldur. Ryder -in yaratdığı parçalar kommersiya və böyük səhnə baxımından uğura məhkum olurlar. Beatmaker fəaliyyətiylə bərabər Ryder həm Klan-A-Plan -ın musiqi parçalarında həm də digər ifaçılar üçün yazdığı musiqilərdə vocal hissələrini ifa edir. Hal-hazırda Ryder Klan-A-Plan -ın 2-ci albomu "Plan no 2" -nin üzərində çalışır.

ELNINO /DA Streetz/ Caspian Clan -ın üzvü olan Elnino dinləyicilərin yaddaşında daim öz melodik parçalarıyla yadda qalır. Məlumdur ki,Uranın məşhurlaşmasında Elninonun rolu danılmazdır.Onların birgə məhsulu olan "Hörmətlə Uran" albomu Azəri Rap -in tarixində ən uğurlu 5 albomun sırasına daxil olmuşdur.Bu albomun ardından Caspian Clanın “Round 1” albomu da böyük mənada Elninonun əl işidir.Bundan sonra öz parçalarında keyfiyyətə daha da üstünlük verən Elnino Master T (Black&White), Timon (My School) və Həkim (ABŞ) albomları üzərində işləməyə başlamışdır. Hal-hazırda Elnino Az repde ən gözlənilən albom olan (Uran) "Mənasız şeylər" üzərində işləyir və DA Streetz Production -da fəaliyyət göstərir.

BEATMAKER NIGER /Sound Laboratory/ Hazırda Azərbaycanın Hip-Hop sənayesində avropa və amerika səviyyəli keyfiyyətə malik musiqi parçaları yazan 2 beatmaker -dən biri olan Beatmaker Niger fəaliyyətə hazırda fəaliyyətini dayandırmış Dalğa Project -də (Həkim, Niger, Roman, Bəndə, Rasif və Lout) başlamişdır. Niger -in yaratdığı track -lərin hesabına Dalğa -nın 3 üzvü - Bəndə, Roman və Həkim "Mən də varam 2" televiziya müsabiqəsində böyük uğur əldə etmişlər. Project bağlandıqdan sonra Niger Lout -la birlikdə Sound Laboratory leyblini yaratmışdır. Beatmaker Niger Azəərbaycanda yeganə prodüsserdir ki, musiqilər üzərində öz beatmakeri Loutla birlikdə çalışır və bununla bərabər MC və Rapper kimi (rus dilində) də fəaliyyət göstərir. Hal-hazırda Niger öz albomu və Underground ifaçısı Peyman -ın albomu üzərində çalışır. 2008 ci ildən etibarən Niger Da Streetzə daxil olan Uran,Hekim ve Master T ilə də işləməyə başlayır.

DJ SIMON Əas etibarilə "Mən də varam 2" -nin iştrakçısı MC Murad və "Mən də varam 1 və 3" -ün iştrakçısı Dado -yla birgə işlərindən tanınmışdır və hər iki Rapper -in, ələxsus da Dado -nun kommersiya uğurunda Simon -un payı çox böyük olmuşdur. Onun yaratdığı parçalar dinləyicilər tərəfindən daim müsbət qarşılanır.

VIRTUAL /DA Streetz/ Azərbaycan -da avropa və amerika səviyyəsində keyfiyyətə malik musiqi parçaları yaradan 2 beatmaker -dən biri də Caspian Clan ı-n üzvü Virtualdır. Daha çox MC və Rapper kimi (rus dilində) çalışan Virtual həm özü həm də Clan -n digər üzvləri və eləcə də DA Streetz -in bir çox üzvləri üçün musiqi parçaları yaradır.2006 cı ildə Caspian Clanın – “Round 1 ” albomunda bir neçə track məhz Virtualın əl işidir. Onun yaradıcılığında Old school və hardcore stil üstünlük təşkil edir. Oun musiqi parçaları bir qayda olaraq yüksək qarşılanır. Virtual hal-hazırda DA Streetz Production -da fəaliyyət göstərir.

ERKIN Azəri Rap -də kifayət qədər tanınmış Erkin böyük təcrübəyə malik beatmakerlərdəndir və o saysız-hesabsız rapperlərlə işləmişdir. Bir neçə gün öncə satışa çıxan Elşad Xosenin 6-cı albomu "HipHopNamə" nin üzərində məhz Erkin işləmişdir.

VüSAL Gənc beatmakerlərin arasında istedadı ilə seçilən Vusal əsasən DA Streetz Production -ın üzvü Timonla işləyir və onun "My school" albomundakı bir çox parça (Emo baby, dla nas dvoix,jeltaya pressa və s) məhz Vusalın əl işidir .çox böyük potensiala malik olan Vüsal hal hazırda Az Repin ən güclü beatmakerlərindən biridir.

FRANKLİN Gənc beatmakerlərdən olub kifayət qədər tanınmışdır. Franklin Timon -un bir neçə musiqi parçasını yazmışdır və onlar "My school" albomunda yer alacaqdır. Eyni zamanda Uranın Mənasız şeylər albomuna daxil olan Bağla agzıvı tracki de Franklinə məxsusdur . ümumiyyətlə Franklin əsasən Da Streetzə daxil olan reperlərlə çalışır.

ERRANT (H.O.S.T Alliance) 2007-cil ildə зıxardıqları albombla Azrepə yeni çalarlar qazandıran H.O.S.T Alliance ın “Proloq” albomu onun əl işiydi.Hal hazırda Türkiyədə yaşayıb yaradan Erran H.O.S.T Alliance ın ikinci albomunda da özündən söz etdirməyə hazırlaşır.Xatırladaq ki,Erran H.O.S.T nin tərkibində həm reper,həm də beatmaker kimi fəaliyyət göstərir.

SoundLab (Niger & Lout) işləri öz keyfiyyəti ilə seçilən nadir bitmeykerlərdəndir. Fəaliyyətinə Dalğa Project-lə başlayan Niger “Mən də varam 2” layihəsinin üç iştirakçısının uğur qazanmasında əsas rolu oynayanlardan biri olub. Bir müddət keçəndən sonra Dalğa Project-də Lout adlı daha bir bitmeyker özü haqqında bəyan etdi.
Birlik dağıldıqdan sonra Niger-lə Lout özünün “SoundLab” leyblın yaratdılar.
2007-ci ildən başlayaraq “SoundLab” DA Streetz-ə daxil olan reperlər: Master-T, Uran və Həkim-lə işləməyə başladılar. 2008-ci ildə isə reper Elşad Xosenin “Yox-yox” mahnısına hazırlanmış remiks, sənətçinin “Hip-hop namə” albomunda yer aldı.
Yerli reperlərlə yanaşı, bu yaxınlarda rusiya şou-biznesi ilə də işbirliyi gözlənilir.

Категория: XEBERLER | Просмотров: 1838 | Добавил: timaaliev | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]