14:08 Elşad Xosenin müsahibəsi... | |
Xeyli müddətdir ondan müsahibə götürmək istəsək də cəhdimiz hər dəfə boşa çıxırdı. Müxtəlif bəhanələrlə müsahibəni ertələyən ünlü rep ifaçısı Elşad Xose ilə söhbətimiz dünən nəhayət ki, baş tutdu. Görüşməyə razılıq verməyən Elşad bəy suallarımızı telefon vasitəsilə cavablandırdı. - Elşad bəy, niyə hələ də iddia edirsiniz ki, cibinizdən tapılan 0,553 qram heroin sizə məxsus deyil? - Demişəm, yenə də deyirəm, mən narkotik vasitələrdən istifadə etmirəm. Ümumiyyətlə, başıma gələn son hadisə ilə bağlı danışmaq mənim üçün çox ağırdır. Qəribədir ki, narkotikdən istifadə etmədiyim bir vaxtda həbs edildim. Doğrudan da həmin günlər mənə çox ağır idi. - Belə çıxır ki, əvvəllər narkotikadan istifadə etmisiniz? - Bu haqda danışmaq istəmirəm. - Yaxşı, bəs indi özünüzü necə hiss edirsiniz? - Şükür, şikayətim yoxdur. Sizə bir faktı deyim, həbsdə olan müddətdə özümlə bağlı mətbuatda dərc edilən məqalələri oxuyurdum. Yaxşı ki, ftlarım məni tək buraxmırdılar. Onlar mənə görə hətta mitinq, piket keçirmək istəyirdilər. Bu da mənə böyük ruh yüksəkliyi verirdi. Mən sevinirəm ki, böyük ft ordum var. Düşmənimə də həbsxya düşməyi arzulamıram. Gəlin mövzunu dəyişək. - Yaradıcılıqla məşğul olursunuzmu? - Bəli. Röya ilə duet üzərində işləyirik. Əminəm ki, təzə mahnımız “Gəl danış”dan daha çox seviləcək. Ftlarıma yaradıcılığımla bağlı bir xəbər də vermək istəyirəm. Bu ayın sonunda-fevralın əvvəllərində yeni di işıq üzü görəcək. Qoy rep həvəskarları bir az da səbir etsinlər. Elşad Xose sizləri hələ çox, həm də tezliklə təəccübləndirəcək. - Düşünmüsünüzmü ki, nə zamansa “ağ ölüm”lə bağlı mahnı ərsəyə gətirəsiniz? - Deyəsən, cəhdlərim boşa çıxacaq. Mən həbsxdan danışmaq istəməsəm də məcbur edirsiniz. Hesab edirəm ki, narkotik maddələrə aludə olmaq dəhşətdir. Buna görə də bütün gəncləri “ağ ölüm”ün əsarətinə düşməməyə çağırıram. Bilirsinizmi, hər bir insan nə edirsə, yalnız özünə edir. Burada pislik də var, yaxşılıq da. Məhz bu səbəbdən etdiyimiz bütün əməlləri götür-qoy etməliyik. - Narkotik maddələrdən asılı olan insanlar iddia edirlər ki, ondan qurtulmaq mümkün deyil. Sizcə, bu, doğrudurmu? - Tamamilə yalan fikirdir, XXI əsrdə yaşayırıq. Həm də tibb elmi o qədər yüksək inkişaf edib ki, həkimlər bütün xəstəliklərə çarə tapırlar. | |
|
Всего комментариев: 10 | |||||||
| |||||||